Azərbaycan dili
Çağrı Mərkəzi

Dövlət xidmətləri rəqəmsal dövrdə! Vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq və dövlət xidmətlərinin əlçatanlığını artırmaq üçün rəqəmsal texnologiyadan istifadə.

Ətraflı məlumat
video Mask -01

Son xəbərlər

Layihələr

eGov Portalı

“Elektron hökumət” portalı müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaratmaq məqsədi ilə formalaşdırılmışdır. Portalın başlıca fəaliyyət istiqamətləri vətəndaşlar və dövlət qurumları arasında “bir pəncərə” prinsipini tətbiq etməklə, bütün xidmətlərin vahid platforma üzərindən elektron qaydada həyata keçirilməsini əhatə edir.

Portalı dövlət qurumlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, vətəndaşların bu xidmətlərdən istifadəsinə, dövlət qurumlarının portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət edir.

ASAN Viza

“ASAN Viza” sistemi Azərbaycana gəlmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra əcnəbilər) üçün viza verilməsi prosedurunun sadələşdirilməsi məqsədilə yaradılmışdır.

“ASAN Viza” sistemi iki istiqamət üzrə fəaliyyət göstərməkdədir:

1. www.evisa.gov.az elektron viza portalı vasitəsi ilə elektron vizaların verilməsi;

2. Azərbaycan ərazisində yerləşən Beynəlxalq Hava Limanlarında vizaların verilməsinin təmin olunması.

Elektron vizaların verilməsi prosesi elektron viza portalı vasitəsi ilə həyata keçirilir. Azərbaycana səfər etmək istəyən əcnəbilər ölkəyə gəlməzdən əvvəl elektron vizaya müraciət etmək imkanına malikdirlər. 

ASAN ödəniş

Çoxfunksiyalı “ASAN ödəniş” sistemi cərimə, kommunal xidmət və digər ödənişləri qısa zamanda, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır. Həmçinin, ölkə daxilində geniş ərazini əhatə edən “ASAN Ödəniş” terminalları, www.asanpay.az portalı və “ASAN Pay” mobil əlavəsi vasitəsilə istənilən xidmət üzrə heç bir məhdudiyyət olmadan 24/7 ödəniş etmək mümkündür.

122 qurumun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və digər ödənişlərini “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları eləcə də, sistemə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin edilir

ASAN Wifi

Əsas funksiyası ölkənin müxtəlif yerlərində istifadəçilərə ödənişsiz və yüksəksürətli ictimai internet ilə təmin etmək olan reklam və ictimai məlumatlandırma platformasıdır (10 mb/s).

Hazırda ASAN Wi-Fi şəbəkə sistemi 9 nöqtədə (Heydər Əliyev Beynəlxalq Hava Limanı, 1, 2 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzləri, Quba regional “ASAN xidmət” mərkəzi, Bakı Dəmiryol Vağzalı, Bravo supermarketlər şəbəkəsinin 3 filialı) quraşdırılmışdır.

ASAN Wi-Fi ödənişsiz ictimai məlumatlandırma şəbəkəsi olmaqla istifadəçiləri dövlət və özəl təşkilatların yenilikləri barədə məlumatlandırır.

Statistikalar