Pakistanın aparıcı texnologiya şirkəti “NETS”in nümayəndəliyi Azərbaycana səfər edib

alarm Created with Sketch. 19-10-2023

İRİA-nın təşəbbüsü ilə Pakistanın aparıcı texnologiya şirkəti “NETS”in nümayəndələrinin ölkəmizə səfəri baş tutub.

Şirkəti təmsil edən heyət ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndələri arasında görüş baş tutub, Azərbaycanda İKT-nin ümumi inkişaf mənzərəsi, xüsusilə də qlobal İKT şirkətlərinə təqdim olunan texnopark rezidentliyi və bu rezidentliyin gətirdiyi imtiyazlar, barədə məlumat verilib.

Səfər çərçivəsində şirkət təmsilçiləri “Azercell”, “AzInTelecom” və Azərbaycan Respublikasının Mərkəzi Bankında da bir sıra görüşlər həyata keçirib. Görüşlər əsnasında “NETS” şirkətinin texnoloji həllərinin özəl və dövlət təsisatlarında tətbiqiimkanları geniş müzakirə edilib.

İRİA-nın təşəbbüsü ilə Azərbaycana səfər edən Pakistanın aparıcı texnologiya şirkəti “NETS” yerli qurumlarla görüş həyata keçirib. Belə ki, “NETS” şirkətinin nümayəndələri ilə “SABAH.HUB” akseleratoru, “NEQSOL Holding” və “R-GROUP Holding”in rəhbərliyi arasında baş tutan görüşlərdə innovasiya və texnologiya sahələrində potensial əməkdaşlıqların, bilik və təcrübə mübadilələrinin həyatakeçirilməsi məsələlərinə toxunulub.

Qeyd edək ki, “NETS” rəqəmsal idarəetmə, kibertəhlükəsizlik və korporativ verilənlər şəbəkəsiistiqamətlərində texnologiyaların inteqrasiyasını özündə birləşdirən kompleks həllər və xidmətləri təklif edir.