İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində radioloji və radioekoloji tədqiqatlara başlayır

alarm Created with Sketch. 26-09-2023

Ölkə ərazisində nüvə elmi və texnologiyaları üzrə sınaq təcrübələri və radioloji tədqiqatlar aparmaq fəaliyyətləri olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın “Radioloji və radioekoloji tədqiqatların aparılması” adlı 6.1.1 yarımbəndinin icrası üzrə məsul icraçı qurumlardan biridir.

Agentlik oktyabr ayından etibarən sözügedən proqram üzrə yaradılmış işçi qrupun müəyyən edilmiş müfəssəl plana əsasən ərazilərdə radioloji və radioekoloji tədqiqatlara başlayacaq.

Məlumat üçün bildiririk ki, sözügedən yarımbəndinin icrasını təmin etmək və hazırlıq məqsədilə, aparılması nəzərdə tutulan sahə və laborator radioloji tədqiqatlar üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin tövsiyyəedici sənədləri nəzərə alınaraq, bəzi standart əməliyyat prosedurlarıhazırlanmışdır.

Hazırlanmış standart əməliyyat prosedurları əsasında Agentlik mütəxəssisləri və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu mütəxəssisləri ilə birlikdə nəzərə alınaraq, sözügedən yarımbəndin icrasında iştirak edəcək mütəxəssislər üçün 22-23 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində aparılacaq tədqiqatlar üzrə təqdimatlar edilmiş və təlim-məşq toplanışıkeçirilmişdir.

Təlim-məşq toplanışı 23 sentyabr tarixində Agentliyin Nüvə tədqiqatları departamenti ərazisində nüvə və radioaktiv materialların axtarışı, aşkarlanması, radioizotop tərkibinin müəyyən edilməsi, ərazilərin radioloji xəritələndirilməsi və s. istiqamətlər üzrə müasir radioloji və qabaqcıq radiospektrometrik vasitələr tətbiq edilməklə davam etmişdir.

Təlim zamanı sözügedən yarımbəndin icrasında sahədə iştirak edəcək mütəxəssislər radioaktiv maddələrin axtarışı, aşkarlanması, identifikasiyası, nüvə materiallarının izotop tərkibinin müəyyənləşdirilməsi və digər zəruri cavab tədbirlərinin görülməsi üzrə biliklər əldə ediblər. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi plana uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə radioloji və radioekoloji tədqiqatlara ilk olaraq Şuşa şəhərindən başlayacaq və tədqiqat nəticələri aidiyyəti dövlət orqanlarına təqdim olunacaqdır.