İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 74-cü Beynəlxalq Astronavtika Konqresində öz stendi ilə təmsil olunur

alarm Created with Sketch. 02-10-2023

Bu gün Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi özişinə başlayıb.

150 şirkətin sərgi pavilyonlarında iştirak etdiyi tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də öz stendi ilətəmsil olunur.

Stenddə ziyarətçilərə Agentliyin rəqəmsallaşma və innovasiya sahəsində gördüyü qabaqcıl işlər, həyata keçirdiyi proqram və layihələrlə bağlı ətraflı məlumat verilir.

Qeyd edək ki, 101 ölkədən 5 mindən çox nümayəndənin qatılacağı Konqresin sərgi pavilyonu Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir.