“IDDA Awards” innovasiya müsabiqəsinə qeydiyyat davam edir

alarm Created with Sketch. 26-09-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yerli innovasiya ekosisteminin inkişafına önəmli töhfə verən potensial oyunçuları təşviq etmək məqsədilə "IDDA Awards" müsabiqəsini elan edir.

Müsabiqənin keçirilməsində əsas məqsəd ekosistemin ən perspektivli innovatorlarını aşkar etmək, onları geniş ictimaiyyətə tanıtdırmaq və innovasiya sahəsinə olan marağı artırmaqdır. ''IDDA Awards'' müsabiqəsinin qeydiyyat prosesinə 12 sentyabr 2023-cü il tarixindən etibarən start verilib.

Müraciət nominasiyaların meyarlarına cavab verən hər kəs üçün açıqdır. Müsabiqənin şərtləri ilə tanış olmaq və müvafiq nominasiyalar üzrə namizədliyini irəli sürmək istəyən şəxslər və ya müəssisələr awards.idda.az veb səhifəsi üzərindən qeydiyyatdan keçə bilərlər. Son qeydiyyat tarixi 6 oktyabr 2023-cü ildir. Qeyd edək ki, "IDDA Awards" üzrə mükafatlandırma aşağıda qeyd olunan 13 nominasiya üzrə aparılacaqdır:

“İlin Startapı”

“İlin İKT Sahibkarı”

“İlin Kəşfi”

“Ekosistemin Lokomotivi”

“İlin Ekosistem Oyunçusu”

“İlin Rəqəmsal Layihəsi”

“İlin Texnologiya Mediası”

“İlin Bacarıq Gücü”

“İKT-də İlin Qadını”

“İlin Texnologiya İxtiraçısı”

“İlin Texnologiya Tədbiri”

“İlin Texnologiya İcması”

“İlin Rezidenti”

Mükafatlandırma mərasimi 1 dekabr 2023-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəsmi tərəfdaşı olduğu və ''Pasha Holding'' Şirkətlər Qrupunun təşkilatçılığı ilə keçiriləcək "Inmerge Innovation Summit" də baş tutacaq və nominasiyaların bütün finalçıları tədbirə dəvət olunacaq.