Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Aparıcı proqramçı (Back-end)

Departament
Proqram təminatı
Şöbə
Elektron hökumət həllərinin tətbiqi şöbəsi

11.04.2022

11.05.2022

Vakansiya haqqında məlumat

Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Proqram təminatı departamenti, Elektron hökumət həllərinin tətbiqi şöbəsi şöbəsinin aparıcı proqramçısı (Back-end) vakansiyasını elan edir!

Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi proqramçı (Back-end) komandısına aparıcı proqramçı axtarışındadır. 

Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər. 

TƏLƏB OLUNUR: 

Əsas texniki biliklər:

C#

OOP (Object Oriented Programming)

SOLID principles

Design Patterns

Git version control

DSA (Data Structures and Algorithms)

ASP.NET MVC, .Net Core

Entity framework, entity framework core

API (REST, SOAP) üzrə işləmə bacarığı

PostgreSQL, MS SQL kimi relyasiya bazaları üzrə yaxşı işləmə bacarığı

Redis, MongoDB bilikləri arzuolunandır

HTML, CSS, JavaScript bilikləri arzuolunandı

Davranış bacarıqları:

Stressin idarəedilməsi

Təşəbbüskarlıq

Məsuliyyətlilik

Komandada işləmək bacarığı

Planlama və təşkiletmə

Aktiv öyrənmə bacarığı

Vaxtın idarəedilməsi

Problem analiz etmə

İş təcrübəsi

Müvafiq sahədə 1 il iş təcrübəsi

BİZ TƏKLİF EDİRİK:

Rəqabətə davamlı əmək haqqı

Performansa görə mükafatlandırma

Zəngin təcrübə və peşəkar inkişaf

Müasir standartlara cavab verən iş yeri və ən son texnologiyalarla təminat

Mehriban və inklüziv mühit

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra "Mərkəz") Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.

Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik. 

Səmərəlilik bütün planlarımızın məqsədidir

İnnovasiyalar bizi daha da gücləndirir

Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq

Siz yox “Biz” prinsipi ilə çalışırıq

Ortaq məqsədləri paylaşırıq

Təvəzökarlıq komandamızı irəliyə aparır


Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!