Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !
11.04.2022
11.05.2022
Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Proqram təminatı departamenti, Elektron hökumət həllərinin tətbiqi şöbəsi şöbəsinin aparıcı proqramçısı (Back-end) vakansiyasını elan edir!
Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi proqramçı (Back-end) komandısına aparıcı proqramçı axtarışındadır.
Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər.
TƏLƏB OLUNUR:
Əsas texniki biliklər:
• Java
• OOP (Object Oriented Programming)
• SOLID principles
• Design Patterns
• Git version control
• DSA (Data Structures and Algorithms)
• Spring Boot (2.0)
• JPA/Hibernate
• Maven,Gradle
• API (REST, SOAP) üzrə işləmə bacarığı
• PostgreSQL, MS SQL
• Redis, MongoDB
• Linux server-lərlə işləmə bacarığı
• Apache/Tomcat
• Unit tests
• Stream API
Davranış bacarıqları:
• Stressin idarəedilməsi
• Təşəbbüskarlıq
• Məsuliyyətlilik
• Komandada işləmək bacarığı
• Planlama və təşkiletmə
• Aktiv öyrənmə bacarığı
• Vaxtın idarəedilməsi
• Problem analiz etmə
İş təcrübəsi
• Müvafiq sahədə 1 il iş təcrübəsi
BİZ TƏKLİF EDİRİK:
• Rəqabətə davamlı əmək haqqı
• Performansa görə mükafatlandırma
• Zəngin təcrübə və peşəkar inkişaf
• Müasir standartlara cavab verən iş yeri və ən son texnologiyalarla təminat
• Mehriban və inklüziv mühit
“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra "Mərkəz") Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.
• Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik.
• Səmərəlilik bütün planlarımızın məqsədidir
• İnnovasiyalar bizi daha da gücləndirir
• Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq
• Siz yox “Biz” prinsipi ilə çalışırıq
• Ortaq məqsədləri paylaşırıq
• Təvəzökarlıq komandamızı irəliyə aparır
Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!