Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Böyük mütəxəssis (DevOps)

Departament
İT İnfrastrukturunun İdarəedilməsi
Şöbə
Sistem inzibatçılığı şöbəsi

09.03.2022

31.05.2022

Vakansiya haqqında məlumat

Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs İT infrastrukturunun idarəedilməsi departamenti, Sistem inzibatçılığı şöbəsinin böyük mütəxəssisi (Senior DevOps specialist) vakansiyasını elan edir!

Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi Sistem inzibatçılığı komandısına böyük mütəxəssis axtarışındadır. 

Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər. 

TƏLƏB OLUNUR: 

Peşəkar bacarıqlara dair tələblər:

AZ:

Ümumi ƏS arxitekturasını yaxşı başa düşmə, ən azı bir üstünlük verilən “Linux” ƏS distributivi ilə yüksək təcrübə;

Təchizat vasitələrinin nə olduğunu və onların nə etdiyini yaxşı başa düşmə, ən azı bir üstünlük verilən təchizat və ya “laC” aləti ilə yüksək təcrübə;

“DevOps” strukturunu və tətbiqin buraxılması prosesinin ümumi mərhələlərini yaxşı başa düşmə, ən azı bir üstünlük verilən “CI/CD” texnologiyası ilə yüksək təcrübə;

“Git” ilə işləmə bacarığı;

İstənilən virtualizasiya texnologiyası ilə işləmə bacarığı;

Ən azı bir üstünlük verilən konteyner texnologiyası ilə yaxşı işləmə bacarığı;

Hər hansı konteyner orkestr texnologiyası ilə yaxşı anlaşma və təcrübə;

“Helm” ilə əsas təcrübə;

İstənilən proqramlaşdırma dili ilə təcrübə;

Mikroservislərin arxitekturasını başa düşmə və mikroservislərin dokerləşdirilməsi ilə bağlı təcrübə.

ENG:

Good understanding of general OS architecture, strong experience with at least one preferred Linux OS distribution;

Good understanding what provisioning tools is and what they do, strong experience with at least one preferred provisioning or IaC tool;

Good understanding of devops pipeline structure and common stages for application release process, strong experience with at least one preferred CI/CD technology;

Good understanding and experience with git;

Good understanding and experience with any virtualization technology;

Good understanding and strong experience with at least one preferred container technology;

Good understanding and experience with any container orchestration technology;

Basic experience with Helm;

Basic experience with any programming language;

Understanding of microservices architecture and experience with dockerizing microservices.

Əsas texniki biliklər:

CentOS / Ubuntu

Ansible / Chef / Salt / Puppet

GitLab CI / GitHub Actions / Circle CI / Travis CI

VMware ESXi

Docker, Docker Compose / Containerd / Podman

Git

Kubernetes

Helm

Python

Arzuolunan əlavə texniki biliklər:

Packer

Terraform

Ansible roles

Helm charts

FluxCD

Helm Operator

Flask

GlusteFS

ELK/EFK

ECK

Mongodb

Redis Sentinel / Cluster

Kepalived / Pacemaker

HAProxy / NGINX

Prometheus, Alertmanager, Grafana

Ingress NGINX

Minio

Velero, Restic

Sonarqube

Davranış bacarıqları:

Stressin idarəedilməsi

Təşəbbüskarlıq

Məsuliyyətlilik

Komandada işləmək bacarığı

Planlama və təşkiletmə

Aktiv öyrənmə bacarığı

Vaxtın idarəedilməsi

Problem analiz etmə


BİZ TƏKLİF EDİRİK:

Rəqabətə davamlı əmək haqqı

Performansa görə mükafatlandırma

Zəngin təcrübə və peşəkar inkişaf

Müasir standartlara cavab verən iş yeri və ən son texnologiyalarla təminat

Mehriban və inklüziv mühit


“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra "Mərkəz") Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.

Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik. 

Səmərəlilik bütün planlarımızın məqsədidir

İnnovasiyalar bizi daha da gücləndirir

Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq

Siz yox “Biz” prinsipi ilə çalışırıq

Ortaq məqsədləri paylaşırıq

Təvəzökarlıq komandamızı irəliyə aparır


Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!