Qarabağ Azərbaycandır ! | Karabakh is Azerbaijan ! | Карабах - это Азербайджан !

Azərbaycan dili
Çağrı Mərkəzi

Mütəxəssis

Departament
İT İnfrastrukturunun İdarəedilməsi
Şöbə
Sistem inzibatçılığı şöbəsi

17.02.2022

31.05.2022

Vakansiya haqqında məlumat

Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs İT infrastrukturunun idarəedilməsi departamenti, Sistem inzibatçılığı şöbəsinin mütəxəssisi vakansiyasını elan edir!

Ölkəmizin rəqəmsallaşma siyasətinə öz böyük töhfəsini verən Elektron Hökumətin İnkişafı Mərkəzi Sistem inzibatçılığı komandısına mütəxəssis axtarışındadır. 

Müvafiq sahə ilə bağlı bilik və təcrübələrini ən müasir, yaradıcı və peşəkar mühitdə daha da inkişaf etdirmək istəyən hər bir kəs Elektron Hökumətin İnkişafı Mərkəzinin inklüziv ailəsinin bir parçası ola bilər. 

TƏLƏB OLUNUR:

Peşəkar bacarıqlara dair tələblər:

“Windows Server” (Active directory, DFS, Group Policy, firewall, IIS, File server, RDS, DNS, DHCP, WSUS və oxşar məhsullar.) əməliyyat sistemlərinin inzibatçılığı sahəsində iş təcrübəsi

Məlumatların ehtiyat nüsxəsinin alınması və bərpası

Virtualizasiya mühitində iş bacarığı

Əməliyyat sistemi səviyyəsində şəbəkə anlayışlarının olması

“Linux” (chronyd,dns,nfs,sftp,ftp,web server,proxy,tomcat,firewalld texnologiyaları və oxşar məhsullar) biliklərin olması

“Certificate services”, “OpenSSL” üzrə iş bacarığı

Avtomatlaşdırmaq üzrə praktiki biliklər (Ansible, Red Hat Satellite, packer və oxşar məhsullar)

“Load Balancing”, Klasterləşdirmə texnologiyaları (pacemake, corosync, keepalived, Windows failover cluster)

“SAN storage” sistemlərinin idarə edilməsi

“SAN switch”lərin idarə edilməsi

“Private data cloud” sistemlərlə iş bacarığı – “ownCloud”, “nextCloud”

Layihələrin idarə edilməsi sistemi (youtrack, redmine, jira və oxşar məhsullar) işləmə məntiqi və konfiqurasiyası bilikləri

“Log”ların mərkəzləşdirilmiş saxlama və analiz sistemləri (ELK, Graylog və oxşar məhsullar) ilə iş bacarığının olması

“Non-relational” və “Relation” bazaların qurulması və konfiqurasiyası üzrə bilik və iş təcrübəsi

Monitoring sistemləri ilə iş bacarığı (nagios, zabbix, prometheus və oxşar məhsullar. SNMP, NRPE, NSclient və oxşar protokollar)

Davranış bacarıqları:

Stressin idarəedilməsi

Təşəbbüskarlıq

Məsuliyyətlilik

Komandada işləmək bacarığı

Planlama və təşkiletmə

Aktiv öyrənmə bacarığı

Vaxtın idarəedilməsi

Problem analiz etmə

İş təcrübəsi:

Sahə üzrə iş təcrübəsi ən azı 1 il

BİZ TƏKLİF EDİRİK:

Rəqabətədavamlı əmək haqqı

Performansa görə mükafatlandırma

Zəngin təcrübə və peşəkar inkişaf

Müasir standartlara cavab verən iş yeri və ən son texnologiyalarla təminat

Mehriban və inklüziv mühit


“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi (bundan sonra "Mərkəz") Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Mərkəz, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəz tərəfindən həmçinin elektron xidmətlərin, o cümlədən dövlət-biznes (G2B - government to business), biznes-dövlət (B2G - business to government) istiqamətlərində elektron xidmətlərin inkişafı məqsədilə çoxşaxəli tədbirlər həyata keçirilməkdədir.

Biz işlərimizi şəffaflıq və dürüstlük çərçivəsində icra edirik. 

Səmərəlilik bütün planlarımızın məqsədidir

İnnovasiyalar bizi daha da gücləndirir

Ətraf mühitə və dövlət resurslarına qənaətcil yanaşırıq

Siz yox “Biz” prinsipi ilə çalışırıq

Ortaq məqsədləri paylaşırıq

Təvəzökarlıq komandamızı irəliyə aparır


Bizimlə eyni dəyərləri və məqsədləri paylaşır və karyeranda yüksəlmək istəyirsənsə, EHİM ailəsi olaraq biz səni gözləyirik!