Lang Azərbaycan dili
Ehim
  • Ana səhifə /
  • Bloqlar /
  • RegiondAsan- FaydalanAsan (Bölgələrdə elektron dövlət xidmətlərinin təşviq edilməsi yolları)

2 mart 2021 - 04:00

RegiondAsan- FaydalanAsan (Bölgələrdə elektron dövlət xidmətlərinin təşviq edilməsi yolları)

Hədəfinizə doğru gedib uğurla irəliləmək üçün ilk növbədə onun mahiyyətini dərk etməyiniz vacibdir. Təsəvvür edin ki, hədəf olaraq qısa müddətdə piano

RegiondAsan- FaydalanAsan (Bölgələrdə elektron dövlət xidmətlərinin təşviq edilməsi yolları)

Hədəfinizə doğru gedib uğurla irəliləmək üçün ilk növbədə onun mahiyyətini dərk etməyiniz vacibdir. Təsəvvür edin ki, hədəf olaraq qısa müddətdə piano

2 mart 2021 - 04:00

Hədəfinizə doğru gedib uğurla irəliləmək üçün ilk növbədə onun mahiyyətini dərk etməyiniz vacibdir. Təsəvvür edin ki, hədəf olaraq qısa müddətdə pianoda ifa etməyi seçmisiniz. Amma onun bir musiqi aləti kimi mahiyyətindən xəbərdar deyilsiz. Sadəcə belə bir musiqi aləti var, mən də onda ifa etməliyəm düşünürsünüz. Belə olduğu halda onun mahiyyəti haqqında heç bir məlumatınız olmadığı üçün hədəfinizə çatmaq daha çətin olacaq. Buna görə də Elektron dövlət xidmətlərinin təşviq edilməsi üçün həll yolları körpüsü yaratmadan öncə rəqəm selinin” Elektron dövlət” limanına qısa səyahət edək:

Dünyanın yeni- rəqəmsallaşan eraya keçidi ilə dövlətin təklif etdiyi xidmətlərin də axınla hərəkət etməsi üçün rəqəm salına ehtiyac yarandı. Rəqəmsallaşan dünyanın tərkib hissəsinə daxil olan ölkəmizdə də dövlət qurumlarının təklif etdiyi xidmətlərin elektronlaşdırılması zərurəti ortaya çıxdı. Dövlət xidmətlərinin elektronlaşdırılması prosesinin ilkin mərhələsində Azərbaycanda “ASAN xidmət” mərkəzləri yaradıldı. “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də məhz həmin ildə (Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən) yaradılır. “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin yaradılması ilə isə Azərbaycanda Elektron dövlət anlayışını tam yeni mərhələyə qədəm qoydu. Ölkəmizdə Rəqəmsal Hökumətin inkişaf dövrü ilə bağlı sizdə də əyani təsəvvür formalaşdırmaq üçün iştirak etdiyim “Rəqəmsal jurnalistikaya doğru-2” təlimlərinin spikeri, EİHM Tərəfdaşlarla İş və Kommunikasiyalar departamentinin müdiri Soltan Bayramovun təqdimatından olan fotoları nəzərinizə çatdırıram: ŞƏKİL 1




Bu üç əsas mərkəz və onların tərkib hissəsində olan digər qurumların əsas məqsədi vətəndaşlara təqdim edilən xidmətlərdə ənənəvi formadan innovativ formaya keçidini təmin etməkdir. “Elektron dövlət” ağacı və onun rəqəmsal budaqları (2 nömrəli şəkildəki təsvir-sxemlə həmin rəqəmsal budaqlarla əyani şəkildə tanış ola bilərsiniz) vətəndaşlar üçün mövcud olan vaxt itkisi, çoxsaylı sənədlərin toplanması, bürokratik maneələr,elektron müraciət edə bilməmək kimi əsas problemləri aradan qaldırmağa yardımçı oldu.(Şəkil 3)


Şəkil 2


Şəkil 3

Lakin getdikcə şaxələnən “elektron hökumət xidmətləri” budaqlarından hələ də xəbərdar olmayanlar var. “INNOLAND” mərkəzinin direktoru, etdiyim “Rəqəmsal jurnalistikaya doğru -2” təlimlərinin spikeri Məmməd Kərimin qeyd etdiyi “Biznes böyüdükcə suallar artdığı”kimi sürətlə inkişaf edərək böyüməkdə olan”elektron hökumət xidmətlərindən” dən tam xəbərdar olmayanların da sualları günü- gündən daha da artır. Bu hal isə daha çox urban ərazilərdən kənar olan yerlərdə — bölgələrdə müşahidə edilir. Buna görə də vətəndaşlara elektron hökumət xidmətlərini təqdim edən “mərkəzlərin” sadəcə şəhər mərkəzində deyil, bölgələrin də diqqət mərkəzində olmasını təmin etmək lazımdır. Bu zaman isə belə bir sual ortaya çıxır — Necə? Bu, həqiqətən də düşündürücü sualdır. Çünki Mövlananın da dediyi kimi çox zaman “Nə nə dediyin yox, necə dediyin önəmlidir”. Bəs biz yaradılmış olan elektron xidmətlərin faydalı olduğunu insanlara necə çatdıraq?

Dövlətin təklif etdiyi elektron hökumət xidmətlərini necə təşviq edək ki,ondan Xınalıqda dulusçuluqla məşğul olan babalar da, Zaqatalada qoyun quzunu örüşə aparan cavanlar da, Şəki xan sarayında bələdçi olan “Mustafa müəllimlər”də, Astarada çay yığan nənələr də, illər sonra Vətən həsrətinə son qoyulub doğma yurda — Qarabağa geri dönən kəlağayılı analar da- Bir sözlə, bölgələrdə yaşayan hər bir vətəndaş da bu xidmətlərdən agah olub yararlana bilsin.

Zənnimcə, bu ilk növbədə “ dünyanı düzəltmək istəyirsənsə, özündən başla” formasında həyata keçirilməlidir. Yəni, bölgələrdə yaşayan aktiv gənclərdən ibarət könüllülər qrupu yaratmaqla. Həmin könüllü qrupların elektron hökumət xidmətləri ilə bağlı müxtəlif layihə və seminarlarda iştirakını təmin etməklə özlərinin, daha sonra isə onların bölgədəki digər vətəndaşları bu sahə üzrə maarifləndirməsinə yardım etməklə təşviqat işi aparmaq mümkündür. Bu həm də həmin gənclərin rəqəmsal dünya ilə bağlı biliklərinin artmasına gətirib çıxaracaq. Beləliklə, onların da gələcəkdə həmin sahələr üzrə mütəxəssis kimi formalaşma şansı yaranacaq.

Gəlin, ikinci həll yolunun nə olduğunu öyrənməmişdən öncə, qısa “təxəyyül eksperimenti” aparaq. Bir anlıq təsəvvür edək ki, keçmiş zamannlarda yaşayırsınız və sizə miras qoyulan böyük xəzinə sandığı var. Amma siz ondan istifadə edə bilmirsiniz. Çünki həmin xəzinədən xəbərdar deyilsiz. Bir gün isə sizə məktub gətirən çapar vasitəsilə xəbər tutur və sizə qoyulan mirasdan asan şəkildə faydalana bilirsiniz. İkinci həll yolu da məhz insanlara xəbər verən müasir “çaparlar”la bağlıdır. Belə ki, Elektron xidmətlər təklif edən qurumların əsas kommunikasiya vasitələri olan KİV-lə, xüsusilə də Regional informasiya kanalları vasitəsilə əlaqələrinin daha da genişləndirilməsidir. Belə ki, bölgə xəbərlərini işıqlandıran qəzetlər və onların elektron xəbər saytlarında elektron hökumətin tərkib hissələri, elektron hökumət xidmətlərlə bağlı mütəmadi olaraq kiçik köşələr hazırlamaqla təşviqat aparmaq mümkündür. Həmçinin, bölgələrdəki şəxslərin internetə çıxış imkanları məhdud olduğundan yaxud daha çox ənənəvi mediaya meyl edib, onun vasitəsilə məlumatlar əldə edənlərin üstünlük təşkil etdiyini nəzərə alaraq region televiziyalarında da elektron hökumətin məqsəd və vəzifələri, elektron hökumət xidmətlərinin səmərəsi barəsində mütəmadi olaraq insanları maarifləndirəcək proqramlar tamaşaçıların ixtiyarına verilməlidir. Elektron hökumət xidmətlərinin təşviqi ilə bağlı üçüncü təklif də, birbaşa olaraq ikinci təklifdən qaynaqlanır. Sadəcə olaraq buradakı təklif elektron hökumətin təşviqatı ilə məşğul olan informasiya vasitəsinin- ASAN Radioda yeni layihənin yaradılması ilə bağlı olacaq. ASAN Radionun daimi dinləyicisi kimi radioda “Asan cavab”, “Rəqəmsal Azərbaycan” tipli radio proqramlar vasitəsilə elektron hökumət xidmətləri ilə bağlı suallara aydınlıq gətirərək dinləyicilərə faydalı məlumatlar ötürür. Lakin burda da kiçik bir sual ortaya çıxır. Ni həm dəqiq, həm də nağılvariaxıcılıqlaavropadan xəbər verən “AvropadASAN” proqramı kimi həm bölgələrimizdən, həm də bölgələrdə də vətəndaşların yararalana biləcəyi elektron hökumət xidmətlərindən xəbərdar olmaq üçün “RegiondASAN-FaydalanASAN” proqramı ərsəyə gətirilməsin?

Bir sözlə, elektron hökumət xidmətlərinin təşviqi işi daha da gücləndirilməlidir ki, sadəcə şəhərdə deyil, elə regionda da elektron hökumət xidmətlərindən agah olub rahat FaydalanASAN

Qeyd: Bu məqalə 2-ci "Rəqəmsal Jurnalistikaya doğru" proqramının müsabiqə mərhələsi üçün yazılıb. 

Müəllif: Günel Rəhmanova ("Çinar" yayımları, kopirayter)

Tarix: 17.12.2020

0 Comments