Azərbaycan dili
Çağrı Mərkəzi

Böyük proqramçı (Back-end)

Departament
Proqram təminatı
Şöbə
E-Gov həllər

2019.05.14

2019.06.14

Vəzifə funksiyaları

  • Veb və mobil layihələr üçün servislərin (API) hazırlanması;
  • Mövcud kodlarda əlavə və dəyişikliklərin edilməsi;
  • Proqram təminatının işinin optimallaşdırılması;
  • Standartlara uyğun kod yazımının aparılması;
  • Yazılan kodların test edilməsi, yaranan problemlərin analiz edilməsi və aradan qaldırılması;
  • Texniki tapşırıq əsasında yerinə yetirilən işlərin zamanında təhvil verilməsinə riayət olunması;
  • Proqram təminatı istifadəçisindən daxil olan tələblərin təhlil edilməsi və problemin həll olunması;
  • Layihələrin hazırlanmasında və onların təhlil edilməsində iştirak etmək;
  • Proqram layihələrinin hazırlanması üzrə texniki normaların, standartların və tələblərin müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək;
  • Elektron xidmətlərin inteqrasiya edilməsi üzrə dövlət orqanlarına və digər təşkilatlara metodik və əməli köməklik göstərmək;
  • Qulluq funksiyalarına uyğun olaraq şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə təkliflər vermək;
  • Fəaliyyət istiqaməti üzrə daxil olan ərizə, təklif və şikayətləri araşdırmaq və cavablandırmaq;
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Təhsil və ixtisas tələbləri

  • Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir 

Komputer bilikləri

  • Java
  • OOP (Object Oriented Programming)
  • SOLID principles
  • Design Patterns
  • Git version control
  • DSA (Data Structures and Algorithms)
  • Spring Boot (2.0)
  • JPA/Hibernate
  • Maven,Gradle
  • API (REST, SOAP) üzrə işləmə bacarığı
  • PostgreSQL, MS SQL ,Oracle 
  • Redis,MongoDB
  • Linux  server-lərlə işləmə bacarığı
  • Apache/Tomcat

Xarici dil bilikləri

İngilis və rus dilləri üzrə biliklər:

  • ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.

İş təcrübəsi

ən azı 3 il