UNEC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə UNEC Startup İnkubator “BootSTART” proqramını həyata keçirir. BootSTART proqramı – 6 həftəlik intensiv startup yetişdirmə proqramıdır. Proqramda İsrail modelindən istifadə olunur və startup üzrə yüksək təcrübələrə malik olan İsrail və Azərbaycanın bir çox mentor və mühazirəçiləri iştirakçılara öz dəstəyini göstərir. “BootSTART” proqramı ideyaların konseptin təsdiqi və MVP mərhələsinə çatdırılmasına dəstək olur. “BootSTART” proqramı bitdikdən sonra seçilən komandalar ilə birlikdə inkubatorun digər mərhələlərinə keçid olunur. Komandalara ilkin investisiya, hostinq, ofis rezidentliyi və digər rəqəmsal dəstəklər verilir.

ƏƏSMN, Dost, Gənclər fondu

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation birgə tərəfdaşlığı ilə “Rəqəmsal Savadlılıq” layihəsi həyata keçirilir. Elektron dövlət xidmətlərindən istifadəni sürətləndirmək məqsədilə həyata keçirilən təlimlər əhalinin rəqəmsal bilik və bacarıqlarının artırılmasına istiqamətlənib.

Layihə çərçivəsində müxtəlif sahələrdə tətbiq edilən elektron xidmətlərin əhəmiyyəti, yaratdığı imkanlar və üstünlüklər barədə ətraflı məlumatlar verilir. “Rəqəmsal Savadlılıq” layihəsi çərçivəsində mövcud dövlət qurumlarının elektron xidmətlərindən istifadə və onların əhəmiyyəti barədə təlimlərin keçirilməsi nəzərdə tutulub.

AİKTSA

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Asossasiyasının (AİKTSA) təşəbbüsü ilə media nümayəndələri üçün “Rəqəmsal Savadlılıq” layihəsi həyata keçirilir.

Təlim proqramı çərçivəsində rəqəmsal savadlılıq “bootcamp”ı təşkil olunaraq, tədrisə peşəkar təlimçilər və ekspertlər cəlb edilir. İKT ilə bağlı məlumatların düzgün şəkildə ötürülməsi üçün jurnalistlərə nəzəri və praktiki dərslər keçirilir. AİKTSA-nın mütəxəssisləri tərəfindən iştirakçıların yekun qiymətləndirilməsi aparılacaq və media nümayəndələrinə sertifikatlar təqdim olunur. Layihənin əsas məqsədi jurnalistika sahəsində fəaliyyət göstərən media nümayəndələrinin İKT üzrə təhlil və analiz bacarıqlarını daha da inkişaf etdirilməsindən ibarətdir.

SUPVC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi SUP.VC şirkəti ilə birgə regionlarda startap ekosistemi üzrə maarifləndirmə və mentorluq proqramları həyata keçirilir.

Layihənin əsas məqsədləri innovasiya ekosistemini regionlarda tanıtmaq, gənclərin potensialını kəşf etmək, onların innovativ ideyalarını dəyərləndirmək, yerli icmanın formalaşmasını təmin etmək, gəncləri startap quruculuğuna həvəsləndirməkdir. Layihəyə əsasən Gəncə, Lənkəran, Şəki, Zaqatala və Mingəçevir şəhərlərində 500-dən çox gənc üçün təqdimat görüşləri təşkil olunub, ekosistemin tanınmış üzvlərinin iştirakı ilə panel müzakirələri, innovativ sahibkarlığa dair seminarlar keçirilib. Proqram gənclər, tələbələr, vaxtilə startap qurmuş ekosistemin sabit üzvləri və təlimçilər üçün nəzərdə tutulub.