Call Center

“Asan Wifi en”

Əsas funksiyası ölkənin müxtəlif yerlərində vətəndaşları pulsuz və yüksəksürətli ictimai internet ilə təmin etmək olan reklam və ictimai məlumatlandırma platformasıdır. (10 mb/s)

Hazırda ASAN Wi-Fi şəbəkə sistemi 9 nöqtədə (Heydər Əliyev Beynəlxalq Hava Limanı, 1, 2 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzləri, Quba regional “ASAN xidmət” mərkəzi, Bakı Dəmiryol Vağzalı, Bravo mağazalarının 3 filialı) quraşdırılmışdır.

ASAN Wi-Fi pulsuz ictimai məlumatlandırma şəbəkəsi olmaqla istifadəçiləri dövlət və özəl təşkilatların yenilikləri barədə məlumatlandırır.

Ümumilikdə ASAN Wi-Fi şəbəkəsinin 4 əsas funksiyası vardır:

  • Məlumatlandırma platforması;
  • Pulsuz və yüksəksürətli internet şəbəkəsi;
  • Reklam platforması;
  • Promoaksiya və müsabiqələr.