Azərbaycan dili
Çağrı Mərkəzi

“eGov Portalı”

“Elektron hökumət” portalı müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaratmaq məqsədi ilə formalaşdırılmışdır. Portalın başlıca fəaliyyət istiqamətləri vətəndaşlar və dövlət qurumları arasında “bir pəncərə” prinsipini tətbiq etməklə, bütün xidmətlərin vahid platforma üzərindən elektron qaydada həyata keçirilməsini əhatə edir.

Portalı dövlət qurumlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, vətəndaşların bu xidmətlərdən istifadəsinə, dövlət qurumlarının portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət edir.