Azərbaycan dili
Çağrı Mərkəzi

“ASAN Login”

“ASAN Login” rəqəmsal xidmətlərdən istifadəni daha rahat formada təqdim edən vahid giriş sistemidir.

“ASAN Login” yeni texnologiyalar (mikroservis arxitekturası) əsasında hazırlanmış müxtəlif sistemlər (veb, mobil) üçün mərkəzi autentifikasiya va avtorizasiya sistemidir. Yeni eGov infrastrukturunun əsas hissələrindən biri olan bu sistem vasitəsi ilə istifadəçilər bir yerdən qeydiyyatdan keçməklə bütün digər inteqrasiya olunmuş sistemlərə giriş edə bilir.

Nəticədə müxtəlif sistemlərdə eyni şəxsin fərqli istifadəçi məlumatlarının yaranmasının qarşısı alınır. Bundan başqa, sistem istifadəçi səlahiyyətlərini vahid mərkəzdən idarə etməyə imkan verir.

“ASAN Login” sisteminə bir dəfə daxil olan zaman bu giriş sistemini istifadə edən digər sistemlərə də avtomatik olaraq giriş edilmiş olur. Eyni zamanda inteqrasiya olunmuş hər hansı bir sistemdən çıxış zamanı bütün sistemlərdən çıxış baş tutur. Bu isə təkrarçılığın qarşısını aldığı üçün zamana qənaət etməyə yardımçı olur.

Bu sistemdən yararlanan istifadəçilər yalnız bir mərkəzdən qeydiyyatdan keçir. Bununla da, istifadəçi dublikasiyasının qarşısı alınır. Təkrar autentifikatsiya və avtorizasiya sistemlərinin yazılmasına ehtiyac olmadan, istifadəçilərin səlahiyyətlərini bir yerdən idarə etməyə imkan yaranır. Bununla da bir şəxsə aid çoxsaylı istifadəçi adları və şifrələrin unudulması hallarının da qarşısı alınır.