Azərbaycan dili
Çağrı Mərkəzi

“ASAN Finans”

“ASAN Finans” layihəsi maliyyə təşkilatlarının dövlət informasiya ehtiyatlarına çıxışının təmin edilməsi məqsədi ilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmışdır.

Sistemin məqsədi:

· Elektron Hökumət Portalı üzərindən maliyyə xidmətləri üzrə vahid elektron məkanın;

· Maliyyə xidməti göstərən qurumların dövlət informasiya ehtiyatları və sistemlərinə elektron çıxış platformasının yaradılmasıdır.

Sistem maliyyə təşkilatlarına dövlət informasiya sistemlərinə çıxış hüququ yaratmaqla onlara aşağıdakı üstünlükləri qazandırır:

· FİN və VÖEN vasitəsi ilə iş yeri, gəlirlər, ümumvətəndaş pasportları və digər məlumatların real vaxt rejimində əldə edilməsi;

· Məlumatların rəqəmsal sistemdə olması, onların təhlili və qərarvermə prosesində analizlərin sürətli aparılmasına imkan yaradılması;

· Rəqəmsal bankçılığın inkişafının sürətləndirilməsi;

· Operator, əməliyyat və digər xərclərə, həmçinin fiziki resurslara qənaətə imkan yaradılması. Sistem Vətəndaşlara aşağıdakı imkanları qazandırır:

· Bank xidmətlərindən istifadə zamanı kağız daşıyıcıların rolunun minimallaşdırılması; · Bank və sığorta xidmətləri üzrə müraciətlərin vahid rəqəmsal məkandan daha sürətli və şəffaf şəkildə göstərilməsi;

· Məsafədən bankçılıq xidmətinin daha əlçatan olması, bank xidmətlərinə 7/24 elektron müraciət imkanının yaradılması.

“ASAN Finans” layihəsi eyni zamanda vətəndaşların müraciətlərinin qurumlar tərəfindən operativ şəkildə təmin olunmasına da öz müsbət təsirini göstərir.

Belə ki, qurumlar vətəndaşın icazəsi olduğu təqdirdə “ASAN Finans” sistemi vasitəsilə onun şəxsiyyət vəsiqəsi, iş yeri, VÖEN üzrə məlumatları, məhkumluq haqqında məlumatları, mövcud əmlakı və dövlət qarşısında öhdəliyinə dair elektron informasiyanı rahatlıqla əldə edə bilir.

Bununla da qurumlar vaxta və resurslara qənaət etmiş olur. Eyni zamanda vətəndaşlar “ASAN Finans” sistemi vasitəsilə banka getmədən istədikləri bankda hesab aça və kredit üçün müraciət edib bütün sənədləri elektron şəkildə imzalayaraq kredit əldə edə biləcəklər.