Azərbaycan dili
Çağrı Mərkəzi

Könüllülər "Rəqəmsal Hökumət" proqramı çərçivəsində sorğu keçirirlər

alarm Created with Sketch. 16-05-2019

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və “ASAN Könüllülük” Məktəbinin birgə təşəbüsü ilə reallaşdırılan “Rəqəmsal Hökumət” təşviqat proqramı çərçivəsində fəaliyyət göstərən könüllülər tərəfindən “ASAN xidmət” mərkəzlərində sorğuların keçirilməsinə başlanılıb. Məqsəd vətəndaşların elektron xidmətlərdən nə dərəcədə istifadə etdiklərini öyrənmək, ən çox hansı elektron xidmətlərdən istifadə etdiklərini, eləcə də elektron xidmətlər haqqında haradan məlumat əldə etdiklərini müəyyən etməkdir.

Sorğular əsasında, həmçinin vətəndaşlar ölkəmizdə göstərilən elektron xidmətlərin keyfiyyətinə münasibət bildirir, elektron xidmətlərdən istifadə zamanı qarşılaşdıqları çətinlikləri qeyd edirlər.

Sorğular zamanı “Təcili rəqəmsal yardım” devizi altında könüllülər tərəfindən elektron xidmətlərdə maraqlı olan vətəndaşlara Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən portallar və bu portallar vasitəsilə vətəndaşlara göstərilən elektron xidmətlər haqqında məlumat verilib.