Azərbaycan dili
Çağrı Mərkəzi

EHİM-də “ASAN ödəniş” sisteminin təqdimat mərasimi keçirilib

alarm Created with Sketch. 24-04-2019

24 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “ASAN ödəniş” sisteminin hesabat xarakterli təqdimat mərasimi keçirilib.

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov Mərkəzin fəaliyyət istiqamətləri, həyata keçirilən (e-gov, ASAN Viza, ASAN Finans, ASAN Login) və vətəndaşların istifadəsinə verilmiş digər layihələr (e-Satınalma, e-Agro, birpencere.arxkom.gov.az, Lisenziyalar və icazələr portalı və s.) haqqında məlumat verib. Hazırda reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçid dövrünün yaşandığını vurğulayan F.Cəfərov qeyd edib ki, tezlikə “myGov” şəxsi kabinetli portal da ictimaiyyətə təqdim ediləcək.

Sonra media nümayəndələrinə “ASAN ödəniş” sisteminin təqdimatı edilib. Bildirilib ki, “ASAN ödəniş” sistemi Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Təqdimat zamanı “ASAN ödəniş” sisteminin üstünlüklərindən danışan F.Cəfərov 219 dövlət qurumunun cərimə, vergi, rüsum, kommunal, lizinq, kredit, xidmət haqqı və digər istiqamətlərdə 541-dən artıq xidmət üzrə ödənişlərinin bu sistem vasitəsi ilə həyata keçirildiyini diqqətə çatdırıb.

Sistemin vətəndaşlar üçün dövlət xidmətləri üzrə elektron ödənişlərin təmini, məsafəsiz və 24/7 fasiləsiz xidmət, nağd, kart və bank hesabları vasitəsilə şəffaf və təhlükəsiz ödənişlərin həyata keçirilməsi, ödənişlər üzrə bildirişlər əldə etmə kimi üstünlükləri vardır.“

ASAN ödəniş” sistemi dövlət sektoru, xidmət sektoru, təhsil, kommunal, bank, sığorta və bələdiyyələr üzrə ödənişləri elektron formada həyata keçirməyə imkan yaradır. Müvafiq ödənişləri www.asanpay.az ödəniş portalı, mobil tətbiqləri və terminalları, "Elektron hökumət" portalı eləcə də, sistemə qoşulmuş 10 000-dən artıq ödəniş terminalları, respublika ərzisində fəaliyyət göstərən ən qabaqcıl ödəmə portalları, internet və mobil bankçılıq xidmətləri vasitəsilə nağd və ya nağdsız qaydada həyata keçirmək mümkündür.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.