Azərbaycan dili
Çağrı Mərkəzi

Cəmi 3 addıma Azərbaycana elektron viza əldə etmək mümkündür

alarm Created with Sketch. 06-05-2019

Son illər milyonlarla turistin səyahət üçün üstünlük verdiyi Azərbaycan onu seçən əcnəbilərin rahatlığını təmin etmək üçün bir sıra yeniliklər edir. Bu yeniliklərdən biri də turistlərin elektron viza əldə edə bilmələridir. Azərbaycana “Asan Viza” sistemi tətbiq edilməyə başlayandan hər bir xarici vətəndaş heç yerə getmədən cəmi 3 addımda (müraciət, ödəmə və yükləmə) vizaya sahib ola bilir.

Bunun üçün turistlərin Azərbaycan Respublikasının rəsmi elektron viza portalı olan www.evisa.gov.az -a daxil olmaları kifayətdir. Portal 9 dildə əcnəbilərə xidmət göstərir. Burada həmçinin “təcili viza” üçün müraciət edərək cəmi 3 saat ərzində viza alınması mümkündür. Standart qaydada onlayn müraciət edilən vizalar isə 3 gün ərzində verilir.

Portal üzərindən həmçinin qrup vizalarının alınmasına müraciətlər edilə bilir. Hazırda Azərbaycana elektron viza üçün müraciət edə biləcək ölkələrin sayı 95-ə çatıb. Həmin ölkələrin siyahısı ilə burada tanış olmaq olar.

Ümumiyyətlə, “ASAN Viza” sisteminin fəaliyyətə başladığı qısa müddət ərzində Azərbaycana səyahət üçün müraciət edən 1 191 000 –ə yaxın əcnəbiyə viza verilib. Bu il Azərbaycana elektron vizaya müraciət edən turistlərin sayı ötən illə müqayisədə 72 % artıb.

Qeyd edək ki, “ASAN Viza” sistemi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 saylı “Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb.