Azərbaycan dili
Çağrı Mərkəzi

Avropa İttifaqının hesabatı: “ASAN xidmət” birinci oldu

alarm Created with Sketch. 13-06-2019

Avropa İttifaqı şirkətləri hesab edir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün aparılan islahatların ən vacibidir və 2017-ci ildən etibarən bununla bağlı aparılan sorğularda "ASAN Xidmət" siyahıda birincidir.

ASAN Radio xəbər verir ki, bu barədə "Aİ Biznes Mühiti hesabatı Azərbaycan 2019"-da qeyd olunub.

Hesabatda bildirilir ki, Aİ şirkətlərinin 65 faizi "ASAN Xidmət"in tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin yaradılmasını müsbət qiymətləndirir.

http://asanradio.az/news/24152